Microsoft Bakıda İT rəhbərlər üçün seminar keçirib

28-11-2016 / 10:46

Microsoft Azərbaycan şirkəti Bakıda İT departament direktorları və texniki rəhbərlər üçün Microsoft-un təhlükəsiz bulud platforması” mövzusunda seminar təşkil edib.

Xeberler.az-ın məlumatına görə, seminarı giriş sözü ilə açan Microsoft Azerbaijan şirkətinin Strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev bildirib ki, hazırda cəmiyyət bulud həlləri və mobil texnologiyaların əhəmiyyətli cərəyana və bizneslərin inkişaf istiqamətlərinə çevrildiyi bir dövrdə yaşayır və məhz bu iki cərəyan sayəsində artıq anlamaq olur ki, ənənəvi təhlükəsizliyi təminetmə üsulları bu günün reallıqları ilə üst üstə düşmür.

 “Məlumat sızıntılarının nəticəsi kimi biz mütəmadi olaraq xəbər başlıqlarında müştəri məlumatlarının etibarına xələl gətirildiyi, milyardlar dəyərində informasiya oğurluqları ilə rastlaşırıq. Onu da qeyd edim ki, son 6 ay ərzində Azərbaycanda müxtəlif kiberhücumlar nəticəsində müxtəlif şirkət və qurumlara təxminən 1 milyon ABŞ dollarından çox zərər dəyib. Məsələn, son 6 saat ərzində müxtəlif qurumlara 800 min kiberhücum olub ki, hücumların 75%-i bank sektorunun payına düşür”, - deyə Qaçay Mirzəyev qeyd edib.

Seminarda çıxış edən Microsoft-un Mərkəzi və Şərqi Avropa regionu üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin tədbir iştirakçılarına ənənəvi informasiya təhlükəsizliyi üsullarının öz aktuallıqlarını hansı səbəbdən itirdikləri, müasir informasiya təhlükəsizliyi strategiyasında vacib komponentləri, bulud texnologiyaları və onların istifadəsi ilə bağlı təhlükəsizlik tədbirləri arasındakı tarazlıq məsələləri barədə ətraflı məlumat verib. Bundan başqa, tədbirdə hibrid buludlarında təhlükəsizliyin təmin edilməsi üçün nəzərdən keçirilən praktik ssenarilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Biz Microsoft-a tərəfdaşlarımıza təhlükədən sadəcə qorunmaqla kifayətlənməməyin, eyni zamanda, onu zamanında aşkarlayaraq cavablandırmağın əhəmiyyətindən danışırıq. Bu seminarda da müxtəlif dövlət və biznes qurumlarının kiberhücumlarla mübarizəsi təcrübəsini nəzərdən keçirdik və bulud həllərinin innovativ dəyərini müzakirə etdik”, - deyə Artyom Sinitsin qeyd edib.

Tədbir çərçivəsində seminar iştirakçıları Microsoft-un təhlükəsizlik üzrə bulud servisi vasitəsilə informasiya təhlükəsizliyi strategiyasını nə cür həyata keçirilməsi ilə tanış olublar.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.