Microsoft Bakıda konfrans keçirəcək

30-11-2008 / 18:05


  2 dekabr tarixində Microsoft-Azərbaycan şirkəti tərəfindən Bakıda “Funksional uyğunluq və innovasiyalar” mövzulu konfrans təşkil olunacaq. Azərbaycanlı İT-mütəxəssislər üçün təşkil olunacaq tədbirdə Mərkəzi və Şərqi Avropada Microsoft şirkətinin texnologiyalar üzrə baş direktoru və meneceri Vilfrid Qrommenin iştirakı nəzərdə tutulub.

  Konfrans zamanı verilənlərin inteqrasiyası, virtuallaşdırma, interfeyslər, təhlükəsizlik və s. kimi sahələrdə müxtəlif təchizatçıların proqram və məhsullarının funksional uyğunluğuna aid məsələlər müzakirə olunacaq.


  Ümumilikdə tədbir çərçivəsində Microsoft korporasiyasının təbliğ etdiyi texniki uyğunluğun dörd əsas komponentinin nəzərdən keçiriləcəyi planlaşdırılır. Bunlar – “Məhsullar”, “Birlik”, “Giriş” və “Standartlar”dır.
                                                                                      mincom.gov.az

 

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.