Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017 / 15:26

Microsoft Azerbaijan şirkəti ADA Universitetinin dəstəyi ilə Bakıda “Azure Developers Camp” ikigünlük seminar təşkil edib.

Xeberler.az-ın məlumatına görə, ADA Universitetində keçirilən seminar proqramçılar, həllər işləyib hazırlayan developerlər və proqram təminatı üzrə müstəqil təchizatçılar üçün nəzərdə tutulub.

İkigünlük seminar çərçivəsində Microsoft şirkətinin bulud həlləri, bulud-un işlənib hazırlanması, Azure platformasında inkişaf mühiti və müvafiq platformaya şəxsi həllin miqrasiyası məsələləri müzakirə olunub. Tədbirdə, həmçinin şirkətin alətləri və mühiti haqqında ümumi məlumatlara, Microsoft Azure vasitəsilə data mərkəzlərinin imkanlarının genişləndirilməsi metodları və Azure Resource Manager  infrastrukturuna toxunulub. 

Seminarın spikeri qismində vNextSoft şirkətinin baş meneceri Stanislav Vışipan çıxış edib ki, o, tədbir iştirakçlarına müasir bulud həlləri, DevOps, API Identity interfeysi, Office 365 və digər icmalları təqdim edib.

Qeyd edək ki, Microsoft Azure – daim inkişaf edən və inteqrasiya olunan bulud xidmətləri kolleksiyasıdır. Developerlər və İT-mütəxəssislər tətbiqlər hazırlayıb və onları genişləndirərkən, həmçinin Microsoft-un məlumatların emalı mərkəzlərinin ümumdünya şəbəkəsi üzrə tətbiqləri idarə edərkən sözügedən platformadan yararlanırlar.

Azure vasitəsilə lazımi alətlərdən, tətbiqlərdən və platformalardan istifadə edərək istənilən məkanda həllər yaradıb, onları genişləndirmək mümkündür.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə