Microsoft bir sıra server və müştəri məhsullarını təqdim etdi

20-11-2009 / 19:20

Microsoft şirkətinin proqramçılar üçün keçirdiyi Professional Developers Conference (PDC) konfransında bir sıra server və müştəri məhsullarının buraxılması haqda məlumat verilib. Həmin məhsullar istifadəçilər tərəfindən sərbəst şəkildə sınaqdan keçirilə bilər.

Konfransın ilk günündə Windows Azure platforması təqdim olundu. Microsoft şirkətinin proqram təminatlarının hazırlanması üzrə baş arxitektrou Rey Ozzinin (Ray Ozzie) sözlərinə görə, Windows Azure və SQL Azure məsafədən hesablama aparmağa imkan verən “bulud” servislərinin inkişafı strategiyası üçün əsas komponent hesab olunurlar. Şirkət həmçinin proqramçılara Microsft həlləri əsasında yeni məhsulları hazırlamağa imkan verən Windows Azure platformasının bir sıra yeni funksiyalarını, Windows Server-in yeni imkanlarını və digər işləmələrini təqdim etdi. “Bulud” hesablamalarının yeni platforması Microsoft.NET Framework və Visual Studio kimi texnologiyaları tətbiq etməyə imkan verir, həmçinin internet vasitəsilə uzaqda yerləşən serverlərə müxtəlif giriş standartlarını dəstəkləyir. Microsoft şirkəti Windows Azure platformasına əlavə olunacaq üç yeni servisi təqdim etdi: 

• Sidney (Sydney) layihəsi – “bulud” və ərazilərdə olan serverlərə qorunan giriş texnologiyası.
• Dallas – servis-kimi-verilənlər. Dallas - SQL Azure əsasında fəaliyyət göstərən və istifadəçilər üçün proqramlarda istifadə oluna biləcək pulsuz və pullu verilənlər toplusuna girişi təmin edən yeni servis.
• AppFabric – bu ad altında proqramçı üçün nəzərdə tutulan Azure platformasının bütün komponentləri, habelə  «Dublin» və .Net Services proqramlar serveri birləşdirilmişdir.

“Proqramların hazırlanması və tətbiqi zamanı seçim imkanı və çeviklik istifadəçilər üçün zəruridir. Kompüter, telefon və veb ilə istifadə olunan və verilənlər mərkəzlərindən təchiz olunan həllər dövrünə qədəm qoyuruq. Məhz elə sözügedən “bulud” hesablamalarının dövrü üçün hazırlanmış Windows Azure və SQL Azure məhsulları ən yaxşı proqramları hazırlamaq üçün proqramçıları bütün zəruri alətlərlə təmin edəcək”, deyə Rey Ozzi qeyd etdi.

Microsoft konfransının ikinci günündə Office 2010 və Office Mobile 2010 proqram paketlərinin beta-versiyalarının buraxılması haqda bəyan edildi. Bundan əlavə, Microsoft korporasiyası Silverlight 4, Microsoft SharePoint Server 2010, Microsoft Visio 2010, Microsoft Project 2010 kimi məhsulların beta-versiyalarını, həmçinin korporativ istifadəçilər üçün nəzərdə tutulmuş “ofis” veb-proqramlarını sınaqdan keçirməyi təklif etdi. Bütün qeyd olunan məhsulların beta-versiyalarını www.microsoft.com/2010 saytından yükləyə bilərsiniz. 

Microsoft Office 2010 paketi kompüter, telefon və brauzer istifadəçiləri üçün daha geniş məhsuldarlığı təmin edəcək. Paketin üstünlüyü kimi eyni zamanda bir neçə istifadəçinin bir fayl üzərində çalışmasına imkan verən Word, PowerPoint, Excel və OneNote veb-proqramlarında birgə iş funksiyasını qeyd etmək olar. Beta-versiyada təqdim olunan yeniliklər arasında “Outlook Social Connector” və “Office Mobile 2010“ komponentlərini qeyd edə bilərik. Outlook Social Connector komponenti kommunikasiyaların imkanlarını genişləndirməklə Outlook proqramının işgüzar və sosial şəbəkələrlə inteqrasiyasını təmin edir. Sözügedən texnologiyanı dəstəkləyən ilk sosial şəbəkə “LinkedIn” şəbəkəsi oldu. Yeni Office Mobile 2010 mobil proqramı hələlik yalnız Windows Mobile 6.5 əməliyyat sistemilə çalışır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə