Microsoft Facebooka işçi stolundan girmək üçün proqram hazırlayıb

04-12-2009 / 09:33

Microsoft Facebook-a birbaşa kompüter stolundan girmək üçün ödənişsiz proqram hazırlayıb.Fishbowl adlı proqramın köməyilə istifadəçi Facebooka girmək üçün Facebook saytını ziyarət etmək məcburiyyətində olmur.

Fishbowl kompüterinizdə işləyir və Facebook üzərindən reallaşdıra biləcəyiniz bir çox əməliyyatı brauzerinizi açmadan reallaşdırmanızı təmin edir. Fishbowl-u istifadə edərək yoldaşlarınızın paylaşdıqları ən son xəbərləri görə, ya da yoldaşlarınızın profil səhifələrini araşdıra bilərsiniz.

Bundan əlavə Facebookda paylaşmaq istədiyiniz şəkilləri də Fishbowl-dan istifadə edərək asanlıqla yükləyə bilərsiniz. Windows 7 istifadəçiləri bu maraqlı proqramda çoxlu toxunma (multi-touch) dəstəyindən də faydalana bilərlər.

Fishbowl Windows XP, Vista və Windows 7 ilə işlədilir. Proqramı bu linkdən yükləyə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə