Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017 / 13:31

Microsoft Azerbaija  şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Gəncədə ilk dəfə qızların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş DigiGirlz  konfransını təşkil edib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Qeyd edək ki, Microsoft  bu təşəbbüslə bütün dünyada çıxış edir və artıq dördüncü il ardıcıl olaraq sözügedən konfrans Azərbaycanda təşkil olunur.

Microsoft Azerbaijan  şirkətinin komandası Gəncənin 4 və 27 saylı məktəblərini ziyarət edib.

Görüşdə Azərbaycan və rus sektorlarının 6-cı siniflərində təhsil alan məktəbli qızlar iştirak edib. Görüş zamanı qızlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.

DigiGirlz konfransı çərçivəsində məktəbli qızlar Microsoft Azerbaijan şirkətinin nümayəndələri ilə söhbət edib, informasiya texnologiyaları sahəsində karyera qurmaq imkanlarından danışıblar.

“Microsoft bütün dünya üzrə qızları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. DigiGirlz konfransının əsas məqsədi də məhz texnologiya sahəsində çalışan qızlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Sözügedən konfrans perspektivli şagirdlərə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotiplərini qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb, - deyə Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Tədbirin ikinci hissəsi Kod Saatı (Hour of Code) təşəbbüsünə həsr olunub. Sözügedən təşəbbüsün məqsədi məktəblilərə proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasını çatdırmaqdan ibarətdir.

DigiGirlz qızlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran Microsoft korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.