Microsoft ilk noutbukunu təqdim edib

07-10-2015 / 10:50

Microsoft şirkəti texnoloji yeniliklərin təqdimatı zamanı özünün ilk noutbuku olan Surface Book-u təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yaradıcılar yeni noutbukun Apple-nin MacBook Pro-sundan iki dəfə sürətli olduğunu iddia edirlər.

Yeni noutbuk 3000x2000 pikselə imkan verən 13,5 dyümlük sensor displeyi ilə təchiz edilib.

Şirkət yeni texnologiyanı məhz noutbuk kimi təqdim edir, lakin onu planşet kimi də işlətmək olar. Yaradıcılar qurğunun enerji ehtiyatı olmadan 12 saata qədər işləyə biləcəyini vəd edirlər.

İlkin sifariş oktyabrın 7-də 1499 dollar start qiymətinə mümkün olacaq.

Microsoft həmçinin Lumia 950-nin yenilənmiş versiyası olan Lumia 950 XL-i də təqdim edib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə