“Microsoft Imagine Cup 2015”-in finalında Azərbaycan komandası iştirak edəcək

29-07-2015 / 12:29

İyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsinin finalı keçiriləcək.
 
Xeberler.az-ın məlumatına əsasən, “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsində Azərbaycanı “NoObs” komandası təmsil edəcək.

“NoObs” komandasının üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılovdur.

"Microsoft Imagine Cup" müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə aparılır. 
 
Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, "Microsoft" qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə