“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015 / 17:10

Bu gün Azərbaycan Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, Microsoft Azerbaijan şirkəti və Nar rabitə operatorunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin Milli Final mərhələsinin qalibləri müəyyənləşib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi ilk dəfə təşkil olunub. Milli seçim turu və onlayn yarımfinalı uğurla keçən 20 komanda Milli Finala vəsiqə qazanıb. Belə ki, Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdıblar: “İnnovasiya”, “Oyunlar” və “Dünya vətəndaşlığı”.

Bu gün isə peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edilib. Belə ki, milli finalda “İnnovasiyalar” nominasiyası üzrə “NoObs” komandası, “Oyunlar” nominasiyası üzrə “IDEAlists” komandası, “Dünya vətəndaşlığı” nominasiyası üzrə isə “Mar-Tech” komandası qalib gəlib.

Sözügedən komandalar artıq onlayn yarımfinala qatılaraq, layihə sənədlərini beynəlxalq münsiflərə təqdim ediblər. İyul ayında ABŞ-ın Sietl şəhərində keçiriləcək Ümumdünya Finalında iştirak edəcək komandaların adları isə  iyunun 1-də elan olunacaq. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.

  Ruhəngiz Muradova

Fotolar: Tərlan Yusif 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə