”Microsoft Imagine Cup” müsabiqəsinin seçim turu başlayıb

17-12-2015 / 12:24

Xəbər verdiyimiz kimi, dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsi - "Microsoft Imagine Cup"ın seçim turu başlayıb.

Xeberler.az bildirir ki, müsabiqənin şərtləri haqqında Microsoft Azerbaijan şirkətinin nümayəndələri Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçirilən görüşdə məlumat veriblər.
 
Qeyd edilib ki, müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur.
 
Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak edə bilər.
 
İştirak üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya orijinal oyun hazırlamaq lazımdır.
 
Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.
 
Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam edəcək. Gələn ilin yanvarın 1-dən aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək.
 
Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda - gələn ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə