Microsoft Internet Explorer-in köhnə versiyalarına dəstəyi dayandırır

07-01-2016 / 13:46

Microsoft şirkəti yanvarın 12-də Internet Explorer  (IE) brauzerinin 8, 9 və 10-cu versiyalarına dəstəyi dayandıracaq.

Xeberler.az xarici mətbuata istinadən məlumat  verir ki,  şirkət son yeniləmə paketini təqdim edəcək və bundan sonra brauzerinversiyalarının yeniləmə prosesi dayandırılacaq.

Şirkətin IE brauzerinin versiyalarına dəstəyin dayandırılması barədə məlumat 2014-cü ilin avqustunda elan edilib.

Ötən ilin martında isə Microsoft-un nümayəndəsi bildirib ki, bir müddət korporativ sektorda IE brauzeri dəstəklənəcək, ancaq daha yeni versiyalara keçid tövsiyə olunur. Dünyada yüz milyonlarla insan hələ də Internet Explorer brauzerinin köhnə versiyalarından istifadə edir və həmin kompüterlər risk zonasındadır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə