Microsoft növbəti yenilənmələrini hazırladı

06-12-2008 / 15:16

Gələn çərşənbə axşamı Microsoft növbəti yenilənmə paketini təqdim edəcək. Yeni paket səkkiz boşluğu dolduracaq ki, onların altısı güclü boşluqlardır. İki yenilənmə Windows-un işinin yaxşılaşdırılması, ikisi Office proqramları, qalan dördü isə Internet Explorer (IE), SharePoint, Windows Media Player, Visual Basic və Visual Studio üçün nəzərdə tutulub.

Nəzərə alsaq ki, Microsoft hər ay ikinci çərşənbə axşamı yenilənmə paketini təqdim edir, o zaman demək olar ki, yeni paket bu il üçün olan son yenilənmə olmalıdır. Bu halda Microsoft 2008-ci il ərzində 77 yenilənmə təqdim etmiş olacaq.

Xatırladaq ki, kompaniya, 2007-ci ildə 69, 2006-cı ildə 78, 2000-ci ildə isə 100 yenilənmə təqdim etmişdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə