Microsoft Nyu-Yorkda mağaza açıb

27-10-2015 / 10:33

Microsoft korporasiyası Nyu-Yorkda pərakəndə satış mağazasını istifadəyə verib.  

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, hazırda korporasiyanın ABŞ, Kanada, Puerto-Riko ərazisində 110 pərakəndə satış mağazası fəaliyyət göstərir, lakin ikimərtəbəli yeni Nyu-York mağazası onların ən böyüyüdür.

Yeni mağazada Microsoft-un ən yeni məhsulları, o cümlədən Surface Pro 4 planşeti və ilk dəfə buraxılan Surface Book noutbuku, Lumia seriyasından olan smartfonlar, Xbox One oyun konsolu, Microsoft Band ağıllı bilərzikləri və 4K təsvir ölçülü 84 düymlük planşetlə tanış olmaq mümkündür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə