Microsoft Office 2016-cı ilin ilkin versiyasını təqdim edib

06-03-2015 / 22:39

Microsoft  Mac üçün hazırlanan Office 2016-cı ilin ilkin versiyasını təqdim edib.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, proqrama Word, Excel, PowerPoint, Outlook, və OneNote yenilənmiş versiyaları daxildir.

Mac üçün yaradılan Office 2016, Office 2013 versiyanın lent interfeysini qoruyub saxlayır, lakin onun görünüşü bir qədər yenilənib.Microsoft nümayəndələrinin sözlərinə görə, əsas məqsəd Windows, iOS, Android və ya Mac üçün məhsul yaratmaqdır.

Qeyd edək ki, MS Office 2016 versiyasında Excel-də cədvəllərə filter fuksiyası, Word və PowerPoint-in əməkdaşlığı, Outlook-da iki təqvimin yanaşı gəlməsi kimi yeniliklər gözlənilir. 

Hazırda  Microsoft Office-in rəsmi saytında ilkin baxış versiyanı yükləmək mümkündür.

Sevinc Əsədova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə