Microsoft prezidenti: “Kibermüharibə erasına qədəm qoymuşuq”

10-11-2017 / 15:39

“Cenevrə Rəqəmsal Konvensiyası”nı qəbul etmək vaxtı yetişib.

Xeberler.az bildirir ki, bunu ABŞ-ın texnoloji nəhəngi olan Microsoft şirkətinin prezidenti Brad Smith bəyan edib.

Onun sözlərinə görə, virtual dünyada yeni sürətlə silahlanma prosesi başlayıb, dövlətlər və özəl müəssisələr görünməyən silahın köməyi ilə hücuma məruz qalır.

O deyib:“Təkcə bir cinayətkar aksiya nəticəsində dünyanın 150 ölkəsində 200 min kompüter hücuma məruz qalıb. Bu hadisə əyani şəkildə göstərir ki, biz yeni eraya - görünməz silahla müharibə aparılan kibermüharibə erasına qədəm qoymuşuq. Bu müharibə üçün bizə yeni qaydalar lazımdır”.

Bəzi hesablamalara görə, kibercinayətkarlıq nəticəsində ildə 70 milyard dollar iqtisadi ziyan dəyir. B.Smit ölkələri rəqəmsal məkanda təhlükəsizlik məsələlərini tənzimləyən yeni beynəlxalq sənədlər yaratmaq üçün səyləri birləşdirməyə çağırıb. (AZƏRTAC)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.