Microsoft şirkəti ofis paketində süni intellekt tətbiq edəcək

24-08-2016 / 10:15

Microsoft şirkəti gündəlik planlaşdırma üçün süni intellekti dəstəkləyən Genee xidmətini satın alıb. Sözügedən xidmət Office 365 proqram paketinə inteqrasiya edilə bilər.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, proqram nəhənginin məlumatına görə, Genee xidməti təbii dili başa düşür və qərarların qəbulu üçün optimallaşdırılmış alqoritmlərdən istifadə edir.

İstifadəçi görüş planlaşdırarkən təqvimə əsaslanan assistent cədvəldən boş gün seçir və smartfon sahibinin görüşmək istədiyi şəxsə bu barədə xəbərdarlıq göndərir.

Genee tətbiqinin Microsoft-un xidmətlərinə inteqrasiya ediləcəyi tarix, hələ ki, məlum deyil.

 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.