Microsoft şirkəti RİM-lə əməkdaşlığı genişləndirir

15-09-2008 / 12:46
Microsoft, Kanada şirkəti, BlackBerry  kommunikatorlarının istehsalçısı Research In Motion (RIM) ilə əməkdaşlığı genişləndirdiyini bəyan etdi.
Belə ki, istifadəçilər BlackBerry smartfonlarının brauzerlərindən Microsoft Live Search axtarış sisteminə daxil ola biləcəklər. Smartfon sahibləri həm internetdə, həm də olduğu məkanla bağlı yerli axtarış verə bilərlər. Həmçinin, Microsoft Live Search  sisteminə qoşulmaq üçün Mobile.BlackBerry.com. mobil portalından da istifadə etmək olar.
Xatırladaq ki, bir qədər əvvəl Microsoft və RİM, BlakBerry smartfon sahiblərinin Windows  Live-in bəzi xidmətlərindən istifadə etməsi haqqında müqavilə bağlamışdılar. Bunlardan biri, Windows Live Messenger-in məktublaşma xidmətidir. Bununla yanaşı, yarım il əvvəl Microsoft, BlackBerry kommunikatorları üçün səsli axtarış da təklif etmişdi. Microsoft Live Search-in Tellme xidməti sayəsində istifadəçi zəng düyməsinə basaraq, mikrofona söz və ya cümlə deyə bilər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə