Microsoft şirkətinin təsisçisi reytinqdə birinci yerdədir

01-10-2015 / 12:07

Forbes jurnalı ABŞ-ın 400 ən varlı adamının növbəti reytinqini dərc edib. Reytinqə görə, Microsoft korporasiyasının həmtəsisçisi Bill Qeyts 22-ci dəfə olmaqla yenidən liderdir. Onun var-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilib.   

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, 400 ən varlı amerikalı reytinqinə çoxlu xarici İT mütəxəssisləri daxil olub. Belə ki, liderlər üçlüyündə B.Qeytslə yanaşı, Oracle şirkətinin təsisçisi və rəhbəri Larri Ellison yer alıb. O, Forbes siyahısında 47,5 milyard dollarlıq sərvətlə üçüncü yeri tutub. Ötən il də Oracle təsisçisi siyahıda üçüncü olub.

Bu il reytinq onluğunda ilk dəfə Amazon şirkətinin baş icraçı direktoru Ceff Bezos və Facebook şirkətinin rəhbəri Mark Sukerberq yer alıb. M.Zuckerberg ötən illə müqayisədə üç pillə yüksələrək 40,3 milyard dollarlıq var-dövlətlə 7-ci yeri tutub. C.Bezos isə 47 milyard dollar dəyərində qiymətləndirilən sərvətlə 11 pillə irəliləyərək 15-ci yerdən 4-cü yerə yüksələ bilib. 2015-ci il ərzində Amazon baş direktoru var-dövlətini siyahıda yer alan iş adamları ilə müqayisədə hamıdan çox artırıb.

Ən varlı insanların onluğunu Google şirkətinin həmtəsisçisi Larri Peyc tamamlayıb. Jurnalın versiyasına görə, onun var-dövlətinin dəyəri 33,3 milyard dollar qiymətləndirilib. Google şirkətinin digər həmtəsisçisi Sergey Brin 32,6 milyard dollarlıq sərvətlə ondan sonrakı yerdə - 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu il varlı insanlara bir neçə yeni varlı qoşulub. Məsələn, “Snapchat” ani çəkilişlər üçün əlavə təsisçiləri Evan Şpigel (327-ci yer) və Bobbi Mefi (375-ci yer) müvafiq olaraq 2,1 və 1,8 milyard dollarlıq sərvətlə ilk dəfə reytinqə daxil olub. 25 yaşlı E.Şpigel Forbes siyahısında yer alan ən gənc iştirakçıdır.

400 ən varlı siyahısına həmçinin Airbnb onlayn servisinin üç yaradıcısı daxil ola bilib. Neytan Bleçarzik, Brayan Çeski və Co Qebbia 3,3 milyard dollarlıq sərvətlə reytinqin 194-cü pilləsini bölüşüb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə