Microsoft şirkətlər üçün yeni xidmət təqdim edib

04-11-2016 / 12:48

Çat prinsipi əsasında hazırlanan əlavə hazırda ay ərzində müxtəlif şirkətlərin 85 mln əməkdaşının yararlandığı Microsoft Office 365-də birgə işin imkanlarını genişləndirir.

Xeberler.az-ın məlumatına götə, ünsiyyət üçün yaradılmış Microsoft Teams xidməti həmkar və tərəfdaşları birləşdirir və komandalara birgə məhsuldar iş üçün tələb olunan alətləri təklif edir.

“Biz Microsoft-da hər bir istifadəçi və hər bir təşkilata elə texnologiya təqdim etməyə çalışırıq ki, bunun nəticəsində istər tək bir əməkdaş, istərsə də işçi qruplar böyük nailiyyətlər əldə edə bilsinlər. Office 365 – yaradıcılıq, kommunikasiya və birgə iş üçün yaradılmış platforma və geniş alətlər dəstidir. Bu gün ofis əlavələrinin imkanları kommunikasiya üçün yeni məkan sayılan Microsoft Teams ilə genişlənir”, - deyə Microsoft Korporasiyasının rəhbəri Satya Nadella bildirib.

Microsoft Teams dörd ideya əsasında hazırlanıb:

Layihələr üzərində iş üçün çat. Microsoft Teams söhbətlər üzrə çatların təşkilini nəzərdə tutur ki, bunun sayəsində Komandanın bütün üzvləri ünsiyyətə cəlb edilir və bütün işlərdən xəbərdar olurlar. Yeni xidmət hamının görə bildiyi qrup yazışmaları və şəxsi mesajların göndərilməsi funksiyalarını təklif edir. Burada mövcud olan emodzi, GIF-fayllar, istifadəçi yapışqan və memləri rəqəmsal iş prosesinə yenilik gətirəcək. 

Komanda işi üçün xab. Microsoft Teams xidmətində ənənəvi və ixtisaslaşdırılmış Office 365 əlavələri mövcuddur. Əməkdaşlar zəng və video-konfranslar təşkil edib, həmçinin birbaşa olaraq Microsoft Teams-də sənədlərlə işləyə bilərlər. Microsoft Graph informasiyanı təhlil edir, lazımi məlumatlar verir və onlarla bölüşmək imkanı yaradır.

Microsoft Teams-ın əsasında həmçinin Office 365 Groups servisi durur ki, bu da komandalara qarşılarına qoyduqları bir məqsəddən digərinə keçmək, habelə kontekstdən kənar düşməmək və məlumat mübadiləsi aparmaq imkanı yaradır.

Hər komanda üzrə sazlama. Hər komanda unikal olduğundan Microsoft Teams-də müəyyən sorğu və ehtiyacları qarşılayan funksiyaların fərdi sazlanması təklif olunur. Komandanın üzvləri ünsiyyəti təşkil etmək üçün ayrı-ayrı mövzular yarada bilər. Tez-tez istifadə olunan sənəd və əlavələrə sürətli keçid yaradan “Tabs” funksiyası vasitəsi ilə hər mövzu fərdi şəkildə köklənə bilər. Bu funksiya “Office 365”in OneNote, SharePoint və Planner kimi xidmətləri və kənar həllər üçün yaradıla bilər. Eyni şəkildə Microsoft Teams servisi Exchange kimi Twitter və ya GitHub-da kənar xidmətlərin xəbərdarlıq və yenilənmələrini dəstəkləyir. Həmçinin korporativ iş mühitinə intellektual xidmətlərin yerləşdirmə imkanını yaradan Microsoft Bot Framework-un dəstəyi həyata keçirilir. Xidmətin Microsoft Teams Developer Preview versiyası proqramçılara Microsoft Teams-ın inteqrasiyasına dərhal başlamağa imkan yaradır.

Təhlükəsizlik. Microsoft Teams xidməti Office 365-in bir hissəsidir və Microsoft Clou bazası əsasında qurulmuş təlimatlara nəzarət etməklə yanaşı, onlara əvəzsiz təhlükəsizlik təminatı da təklif edir. Məlumatlar gündəlik olaraq şifrələnir, çoxfaktorlu tanınma isə daha yuxarı səviyyədə təhlükəsizliyi təmin edir ki, bu da komanda daxilində məlumatların təhlükəsizliyinə təminat verir.

"Hər bir komandanın unikal tələblərini təmin etmək üçün biz bir-birilə mükəmməl inteqrasiya imkanına malik Outlook, SharePoint və Yammer kimi ixtisaslaşdırılmış tətbiqlərin köməyi ilə Office 365 proqram təminatını işləyib hazırladıq. Microsoft Teams-in təqdim olunması ilə Office 365 hər növ ssenarili işlər üçün uyğun gəlir", - deyə Office bölməsinin icraçı vitse-prezidenti Kirk Koniqsbauer əlavə edib.

Microsoft Teams xidmətinin ilkin versiyası Office 365 proqramının kommersiya istifadəçiləri üçün (Office 365 Enterprise və ya Business) rus dili də daxil olmaqla 18 dildə 181 ölkədə, o cümlədən Azərbaycanda mövcuddur. İT-administratorlar şirkətləri üçün Microsoft Teams kommunikasiya məkanını aktiv edə bilərlər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.