Microsoft Skype-a dəstəyi dayandırır

06-06-2017 / 11:52

Microsoft korporasiyası iyulun 1-dən etibarən köhnə əlavələrə xidmətin göstərilməsini dayandıracaq. Bu siyahıya Windows Phone 8 və ya Windows Phone 8.1, Windows RT,  sistemləri ilə işləyən Skype əlavəsi, Windows 10 Mobile üçün proqram məlumatları daxildir.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, hazırda korporasiya Skype-ın P2P platformasına qaytarılması üzərində çalışır. Bu, tam keçid olacaq. Əlavələrin dəstəklənməsinin dayandırılması ilə bağlı Microsoft istifadəçilərə müvafiq bildirişlər göndərməyə başlayıb.

Məlumata görə, elan sürpriz olmamalıdır, çünki korporasiya ötən il yuxarıda qeyd edilən platformaların dəstəklənməsinin başa çatmasını açıqlayıb. İyulun 1-dən sonra bu əlavələrdən istifadə zamanı bir neçə variant qalacaq: internet brauzerindən istifadə mümkün olmadıqda internet Skype proqramından yararlanmaq olar. Lakin platformaya daxil olmaq üçün yeni avadanlıq tələb olunacaq.

Aktiv Microsoft istifadəçilərini nəzərə almaqla belə qənaətə gəlmək olar ki, platformaların istifadəçi bazası çox azdır.

Xeberler.az
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə