Microsoft startaplar üçün yeni proqram istifadəyə verib

19-02-2018 / 11:09

Microsoft Korporasiyası startaplara müştəri bazasını genişləndirməyə, satışları qaydaya salmağa yardım edən yeni “Microsoft for Startups” proqramını istifadəyə verib.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Startaplara müştərək satış opsiyaları, həmçinin Microsoft-un texnologiyalarından yararlanmaq və yerli ekosistemlərlə əməkdaşlıq qurmaq üçün yeni platformalar təklif etmək məqsədilə, şirkət növbəti iki il ərzində 500 mln ABŞ dolları investisiya yatırmağı öhdəsinə götürmüşdür. Şübhəsiz ki, startaplar innovasiyaların təkanverici qüvvəsidir və onların təsisçiləri və investorları ilə əməkdaşlıq edərək Microsoft onların inkişafını sürətləndiməyə köməklik göstərir.

Yeni proqram startaplara aşağıdakı məsələlərdə yardım etmək məqsədilə işlənib hazırlanıb:

Yeni müştərilər cəlb etmək, yeni sahələrdə və yeni bazarlarda satışları qaydaya salmaq. “Microsoft for Startups” - startaplar və onların potensial müştərilərinin bir-birlərini tapa bilmələri üçün unikal yanaşmadan istifadə edir. Microsoft Korporasiyasının dünya üzrə 30 000-dən artıq ticarət nümayəndəsi və 800 000 tərəfdaşı ölçüsündən və fəaliyyət sahəsindən asılı olmayaraq müxtəlif şirkətlərdə Microsoft-un bulud həllərini tətbiq edir. Proqram iri korporasiyaların standartlarına uyğun olan marketinq və satış şöbələrinin hazırlığı üçün resurslar təklif edir, daha sonra isə onlara Microsoft-la əməkdaşlıq edərək satışları qaydaya salmaqda yardım göstərir.

Etibarlı texnologiyalardan, dəstəkdən və istehsalçıların alətlərindən yararlanaraq innovasiyaları sürətlə tətbiq etmək. Proqram startaplara 120 min dollar dəyərində Azure resurslarının pulsuz kreditlərini, korporativ səviyyədə texniki dəstək və Fortune 500 siyahısında yer alan 90% şirkətlərin etibar etdiyi bulud üzərində qurulmuş innovasiya həllərinin yaradılmasına dair istehsalçılar üçün alətlər təklif edir.

Lazımi vaxtda lazımlı resurslara yol tapmaq. “Microsoft for Startups” bütün dünya üzrə ekosistemlərin hər bir mərhələsində startaplara yardım edir:

  • Microsoft Reactors” – sahibkarların, istehsalçıların, investorların və biznes-cəmiyyətinin bir yerə toplaşaraq, ünsiyyət qurmaq, öyrənmək və biliklərini parlaşmaq üçün fiziki meydançalardır. Yaxın aylarda London, Sidney, Tel-Əviv, Berlin, Şanxay və Pekində yeni “Microsoft Reactor” meydançaları açılacaqdır. Hazırda bu cür meydançalar Redmond, Sietl, San-Fransisko və Nyu-Yorkda fəaliyyət göstərir.
  • Microsoft ScaleUp” proqramı (əvvəllər “Microsoft Accelerators” kimi tanınan) startaplara “A” raundunun maliyyələşdirilmə mərhələsində və növbəti inkişaf mərhələlərində bazarın tələbatına cavab verən məhsullar yaratmağa, həmçinin Azure və “Microsoft Dynamics”in xidmətlərindən istifadə edərək öz infrastrukturlarını təkmilləşdirməyə və bizneslərini inkişaf etdirməyə imkan yaradır.
  • Strateji vençur investisiyaları üzrə ixtisaslaşmış, missiyası -“A” və “D” raundları arasında sərmayə yatırmaqla startapın ilkin inkişaf mərhələsində fəal tərəfdaş olmaqdan ibarət olan Microsoft komandası “Microsoft Ventures” ilə əlaqələrin yaradılması. .

Startaplar – imkanlar üfüqünü genişləndirərək, həm biznesdə, həm də evdə gündəlik həyatımızı daha da yaxşılaşdıran və rahatlıq gətirən  həllər yaradaraq bizi ilhamlandırır. Microsoft şirkəti –

planetimizin hər bir insanı və hər bir təşkilatının daha yüksək nailiyyətlər əldə etməsi naminə startaplarla əməkdaşlıq etməkdən məmnundur.

Ətrafl burada.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.