Microsoft Surface 3 planşetlərinin istehsalını dayandırır

27-06-2016 / 10:38

Microsoft Surface serisi planşetlərini böyük ümidlə bazara təqdim etmişdi.

Amma görünür işlər yolunda getməyib. Belə ki, məhsulun bazara çıxarılmasının bir ili tamam olmamış  istehsalı dayandırılıb.

Xeberler.az bildirir ki, Microsoft məsələ ilə bağlı açıqlamasında mediada yayımlanan məlumatları təsdiqləyib.

Şirkət qeyd edib ki, Surface 3 planşetlərinin istehsalını bu ilin dekabr ayında dayandıracaq.

Açıqlamada qeyd edilib ki, Microsoft Surface 3 ilə birlikdə Microsoft Band 2-nin də istehsalını dayandıracaq.

Xatırladaq ki, Surface 3 499 dollarlıq qiymətlə satışda idi.

Şirkət rəsmiləri bu modellərdən sonra yeni məhsul istehsal edib-etməyəcəkləri  barədə məlumat verməyib. 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə