Microsoft-un hazırladığı klaviatura iOS-da

26-04-2016 / 11:48

Məlumat verdiyimiz kimi, Microsoft-un Windows Phone ilə işləyən ağıllı telefonlarda istifadə etdiyi klaviatura tətbiqi Word Flow-u iOS istifadəçilərinə təqdim etməyə hazırlaşırdı.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, tətbiq artıq bütün iOS istifadəçilərinə təqdim edilib.

Word Flow-un iOS versiyası  App Store-da yerləşdirilib. Klaviaturanın iOS  versiyası özəl olaraq ”tək əl” modu ilə birgə çalışır.

Belə ki, bu özəllik sayəsində  istifadəçilər tək əllərini istifadə edərək  rahat mesaj yaza biləcək.

Bununla yanaşı, Word Flow-un iOS versiyasında söz təklifi, emoji və Windows Phoneistifadəçilərinin yaxından tanıdığı "swipe letters" özəlliyi də olacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə