Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018 / 14:49

 4 il ərzində Microsoft proqram təminatındakı boşluqların sayı 111% artıb.

Xeberler.az bildirir ki, bu barədə SecurityLab.ru saytı məlumat yayıb.

Qeyd edilib ki, Microsoft şirkətinin proqram təminatında aşkar edilmiş boşluqların sayı 2013-cü ildə 325-dən 685-dək artıb.

Bundan əlavə, 2016-cı ildən etibarən Microsoft -un həllərində kritik boşluqların sayı 54%-ə qədər yüksəlib.

Bu barədə Avecto şirkətinin kibertəhlükəsizlik  mütəxəssisləri məlumat veriblər. Belə ki, hesabata əsasən, 2017-ci ildə Windows 10 əməliyyat sistemində boşluqların sayı 64%, Microsoft Edge brauzerində isə kritik boşluqların sayı 46% artıb.

Mütəxəssislər bu statistikanı Windows 10 sistemi və Microsoft Edge brauzerinin yeni məhsul olması ilə izah edirlər.

Ötən il Microsoft şirkəti Windows Vista, Windows 7, Windows RT, Windows 8/8.1 və Windows 10 əməliyyat sistemlərinə zərər verən 587 boşluq haqda məlumat verib.

"Bu, rekord göstəricidir. 2017-ci ildə ötən illə müqayisədə əlavə 232 boşluq aşkar edilib və 2012-ci illə müqayisədə 132%-lik artım qeydə alınıb" –  mütəxəssislər bildiriblər.

Digər boşluqlar isə növbəti kateqoriyalara bölünüb:

-İnformasiyanın aşkar olunması;

-İmtiyazları artırılması;

-Xidmətetmədən imtina;

-Təhlükəsizlik funksiyalarından yan keçmək; 

Günel 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.