Microsoft-un yeni elmi fantastik kəşfi

24-02-2015 / 19:25

Microsoft öz yeni məhsulunu Microsoft Hololens eynəyini təqdim edib. Bu eynək dağ xizək komplekslərində istifadə olunan eynəyə bənzəyir. Bu eynək bir növ bizə virtual dünyanı təqdim edir. Virtual reallıqda idarəetmə və qarşılıqlı təsir jestlərin və səsin köməyi ilə yerinə yetirilir. Qurğunun daxili və ekranın ölçüsü haqqında dəqiq məlumat hələlik yoxdur. Amma internetdə yayılan fotolara  görə şüşənin altında gizlədilmiş 4 kamera görmək olar.

Hololensin köməyi ilə böyük ekranlı tv-ni divara çıxarmaq və orada filmə baxmaq,həmçinin otağı 3D iş stoluna və ya kompüter oyununun virtual döyüş səhnəsinə çevirmək olar.Bu qurğu simsizdir və personal komputerə,smartfona qoşulmanın mövcüdluğunu tələb etmir.

Virtual dünyada qurğu üçün “holoqramları” yaratmağa imkan verən  Holostudio –un program təminatı təqdim edilmişdir. Bu qurğu Windows Holographic-in laboratoriyalarında qeyri müəyyən təşkilatla  uzun illər əməkdaşlıqdan sonra yaradılmışdır.Çox güman ki,bu qurğu Windows 10-la bir yerdə və ya ondan sonra anons etdiriləcək.

 http://www.microsoft.com/microsoft-hololens/en-us


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə