Microsoft Windows 10 Phone-nun uğursuzluğunu etiraf etdi

10-10-2017 / 13:55

Microsoft şirkətinin icraçı direktoru Co Belfior deyib ki, şirkət Windows 10 Mobile  üçün yeni qurğu və yeniləmələr yaratmayacaq.

Xeberler.az NRYTN-in elektron xəbər  xidmətinə istinadən məlumat verir ki, o, bu haqda Twitter-də yazıb.

"Əlbəttə, biz platformanı dəstəkləməyə davam edəcəyik… Boşluqları aradan qaldıracaq və təhlükəsizlik yeniləmələri çıxaracağıq – Belfior deyib. – Amma yeni funksiya və qurğuların buraxılışı planlaşdırılmır".

O, həmçinin bildirib ki, proqram nəhəngi mobil proqram tərtibatçılarını cəlb etməyə çalışıb. Ancaq istifadəçilərin mobil sistemə zəif marağı bir çox şirkətləri platformaya sərmayə qoymaqdan çəkindirib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə