Microsoft Windows Mobile proqramları üçün mağaza açacaq

02-09-2008 / 10:20
Microsoft Skymarket adlı internet-mağaza açmaq niyyətindədir. TechRadar-ın yazdığına görə, burada Windows Mobile sisteminin istifadəçiləri üçün yükləmələr satılacaq.
Microsoft Skymarket məhsullarını idarə etmək üçün menecer axtarır. Skymarket  Windows Mobile 7 əməliyyat sistemi ilə birlikdə yüklənəcək. Istifadəçilər mağaza ilə 2008-ci ilin payızında tanış olacaqlar.
Skymarket iPhone telefonları üçün Apple App Store mağazasının və 2008-ci ildə satışa qoyulmalı Android əsasında olan smartfonlar üçün Google xidmətinin rəqibinə çevriləcək.
11 iyulda yaradılmış Apple App Store artıq uğurlu mağaza sayılır. Bir ay ərzində oradan 60 milyondan çox yükləmələr edilib və təkcə Apple bu müddət ərzində App Store-yə 30 milyon dollar qazandırıb.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə