Microsoft yazışmalarınızı yad nəzərlərdən qoruyacaq

26-05-2015 / 12:27

İctimai nəqliyyatda və ya ev şəraitində ağıllı telefon, planşet və ya noutbukla gizli yazışmalar aparırıq. Bu zaman sizinlə yanaşı əyləşən və ya sizin çiyninizin üstündən boylanan insanların bu yazışmaları oxumasından narahatlıq hissinə qapıla bilirik.

Cihazlarınızı digərlərinin baxışından qoruyacaq örtüklər olsa da, onlar həmişə əlverişli deyil. Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, bütün bu səbəblər Microsoftu bu problemi aradan qaldıracaq özəl bir texnologiya patentini almasına vadar edib.

Şirkət səlahiyyətlilərinin açıqlamasına görə, Microsoft monitordakı məlumatları görməyinizi təmin edən işıqlandırma sistemi yaratmağı qarşısına məqsəd qoyub. 3D təsirə malik  texnologiya sayəsində sizinlə yanaşı əyləşən və ya sizin çiyninizin üstündən boylanan şəxslər nə yazışdığınızı görə bilməyəcək. 

2001-ci ildə Apple şirkəti də buna bənzər bir patent almışdı.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə