Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017 / 16:31

Microsoft Windows 10 əməliyyat sisteminin yeni modifikasiyasını çıxarmağa hazırlaşır.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu, Windows tərtibatçılarının alətlər dəsti və məhsulun açarlarının konfiqurasiya fayllarında Windows Cloud ifadəsinin işlədilməsi ilə izah edilir.

Microsoft  şirkətində yaxşı əlaqələrə malik ZDNet  nəşrinin jurnalisti Meri Co Folinin məlumatına görə, Windows 10 əməliyyat sisteminin yeni variantı bir növ Windows RT mobil əməliyyat sisteminin dirçəldilməsi anlamına gəlir.

Windows Cloud modifikasiyasının əsas özəlliyi ona Windows mağazası vasitəsilə yayılan universal Windows proqramlarından başqa hər hansı proqram təminatı quraşdırmağın qeyri-mümkünlüyüdür.

Windows mağazasında olmayan proqramlardan istifadənin qeyri-mümkünlüyü fərdi istifadəçilər və bir çox korporativ müştərilər üçün narahatçılıq yaratsa da, bir sıra sahələrdə belə xüsusiyyətə böyük tələbat var. Təhsil müəssisələri Windows Cloud sisteminin əsas sifarişçisi ola bilərlər.

Məlumat üçün, son illərdə təhsil sahəsində Google şirkətinin bulud Chrome OS sistemi ilə işləyən xrombuklarından istifadə edilir.

Windows 10 sisteminin yeni variantı zərərverici proqram təminatı və kənar proqramların icazəsiz quraşdırılması ilə bağlı başqa təhlükələrə qarşı dayanıqlı olacaq. Həmçinin Microsoft şirkətinin güclü bulud inzibatçılıq alətləri Windows Cloud sistemi ilə işləyən kompüterləri istifadəçilərin düşünülməmiş hərəkətlərindən qorumağa kömək edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə