Microsoft yeni əməliyyat sistemi təqdim edir

03-10-2008 / 13:37
Microsoft-un icraçı direktoru Stiv Balmer bu ay ərzində təqdim olunmalı Windows Cloud adlı yeni əməliyyat sistemi haqda xəbər verdi. Lakin bu yenilik Windows 7-ni əvəz etmir.
Windows Cloud şəbəkəyə müxtəlif əlavələr edən işçilər üçün nəzərdə tutulub. Bunlara  Gmail, Hotmail, Zoho Office, Windows Live Maps kimi veb-əlavələr daxildir. Bu sistemin yaradılması nəticəsində veb-əlavələrin sayı artacaq. Lakin onun proqram təminatı bərədə məlumat verilmədiyinə görə, sistemin necə işləyəcəyi haqda proqnoz vermək çətindir.
Microsoft yeni sistemlə bağlı daha ətraflı məlumatı bu ayın sonu Los-Ancelesdə keçiriləcək Professional Developers Conference konfransında açıqlayacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə