Microsoft yeni tablet hazırlayır

12-03-2015 / 11:11

Bir tərəfdən 12 düymlük Surface Pro 3-ün xələfi üzərində çalışan Microsoft-un bir yandan da 14 düymlük yeni bir tablet üçün işlərə başladığı bildirilir.

Ötən il bazara təqdim etdiyi 12 düymlük tablet Surface Pro 3-lə olduqca müvəffəqiyyətli bir satış qrafiki tutan amerikalı texnologiya nəhəngi Microsoft önümüzdəki dönəmdə də tablet sahəsinə əhəmiyyətli investisiyalar qoymağa davam edəcək kimi görünür. Xüsusilə, təşkilati istifadəçilər tərəfindən maraqla qarşılanan Surface Pro 3-ün xələfi üzərində işlərini davam etdirən Microsoft bir yandan da 14 düymlük yeni bir tablet hazırlayır.

Laptopların yerini ala biləcək bir tablet kimi önə çəkdiyi  Surface Pro 3-ləböyük bir müvəffəqiyyətə imza atan Microsoft bu il tablet və laptop arasındakı fərqliliyi daha da bağlayacaq kimi görünür. Microsoft-un Pro 3-ün xələfi olan Surface 4-də 12 düymlük ölçünü qoruyacağı, lakin Surface 4-ün həmçinin 14 düymlük yeni bir tablet də bazara sürəcəyi bildirilir.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə