Microsoft yeni Windows HPC Server 2008 sistemi təqdim edir

23-09-2008 / 16:56
Microsoft şirkəti Windows High Performance Computing Server 2008 əməliyyat sisteminin final versiyasının tezliklə işıq üzü görəcəyini xəbər verdi. Sistem müasir yüksəksürətli platformalar üçün nəzərdə tutulub.
Windows HPC Server 2008 sisteminin əsasında Windows Server 2008-in yaradılmasında istifadə olunan texnologiyalar durur. Iki adı çəkilən sistemlər istifadəçilərin hesablama yazılarının idarəsi ilə məşğul olan mexanizmlər, kataloqlar xidməti - Active Directory, yenilənmə, axtarıb tapma vasitələrini istifadə edir.
Işçilər, həmçinin, Windows Server HPC 2008 bazasında olan proseslərin genişləndirilməsini sadələşdirib, funksionallığı genişləndirib, sistemin monitorinq imkanlarının və hesabların generasiyasını reallaşdırıblar.
Yeni Service Broker komponenti isə HPC Server sisteminin servis-orientləşmə layihələrində effektiv istifadəsinin əlverişliliyinə zəmanət verir.
HPC Server 2008 platforması ilk dəfə maliyyə sənayesi təmsilçilərini toplamış High Performance on Wall Street konfransında nümayiş olunub. Qiyməti 475 dollar olacaq. Yalnız 64 bitlik sistemlərdə işləyəcək. Istifadəçilər əlavə ödəmə edib funksionallığı artıran Microsoft HPC Pack 2008 paketini də əldə edə bilərlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə