Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018 / 13:52

Microsoft tərəfindən yayımlanan təhlükəsizlik yeniləmələri Windows 7 və Windows 8 ilə çalışan əməliyyat sistemlərin fəaliyyətini zəiflədəcək.

Xeberler.az bildirir ki, bu barədə şirkətin xəbərdarlığında qeyd edilib.

Bildirilir ki, Microsoft Spectre ve Meltdown təhlükəsizlik boşluqlarına qarşı yayımladığı yeniləmə bəzi əməliyyat sistemlərinin fəaliyyətinə təsir edəcək.

Məlumata görə, bundan ən çox da Windows 7 və Windows 8 əməliyyat sistemləri və 2015 və əvvəlki illərin sistemlərindən istifadə edən kompüter istifadəçiləri təsirlənəcək.

Google-un Intel, AMD və ARM-ın istehsal etdiyi prosessorlarında aşkar etdiyi Meltdown və Specter kimi tanınan kritik təhlükəsizlik boşluqları bütün texnologiya dünyasını problemlə ilə qarşı-qarşıya qoyub.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.