Microsoft: rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

07-02-2011 / 11:24

Xeberler.az portalının Rabitə və İnformasiya Nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Microsoft Google şirkətinin Bing axtarış sistemi ilə bağlı ittihamına sərt cavab verıb.

Bu ittihamla razılaşmadığını bildirib. Şirkətin vitse-prezidenti Yusuf Mehdi bu məsələyə münasibət bildirərək qeyd edib ki, Bing axtarış sisteminin təkmilləşməsində dünyanın ən intellektual insanları çalışır. O, rəqiblərin plagiatda ittihamlarını sadəcə həqarət adlandırıb. Qeyd edək ki, Yusuf Mehdinin fikrincə, Google şirkəti eksperiment apardıqda məqsədi Bing-in axtarış nəticələrini manipulyasiya etmək olub. O, bu taktikanı spamerlərin dələduzluq məqsədilə istifadə etdikləri fırıldaqlara bənzədib.

 Xatırladaq ki, bu günlərdə Google Microsoft şirkətini plagiatda günahlandırıb. Bing-i Google axtarış sisteminin “ucuz” bənzətməsi adlandırıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə