MİDA-nın təkmilləşdirilmiş Güzəştli Mənzil sisteminin təqdimatı keçirilib

04-08-2018 / 10:56

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada MİDA-nın yenilənmiş və təkmilləşdirilmiş “Güzəştli Mənzil” sisteminin təqdimatı keçirilib.

Tədbirdə MİDA-nın direktor müavini Sadiq Sadıqov və bu qurumun digər rəsmiləri, VXSİ Dövlət Agentliynin və Elektron Hökumətin İnkişafı Mərkəzinin rəsmi nümayındələri , Nəqliyyat , rabitə və yüksək texnologiyalar nazirliyinin və Nazirliyin tabeliyində fəaliyyət göstərən AzİnTelecom və MHM -in nümayəndələri iştirak edib.

MİDA-ın direktor müavini Sadiq Sadıqov beynəlxalq qurumların və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin də yaxından iştirakı ilə Güzəştli Mənzil sisteminin təkmilləşdirlmiş versiyasının hazırlandığını diqqətə çatdırıb. O, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun istifadədən öncə ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Şura tərəfindən irəli sürülən təkliflərin faydalı olacağını bildirib.

VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov adı çəkilən resursun təkmilləşdirilmiş versiyasının hazırlanması üçün işçi qrupunun yaradıldığını və qısa müddətdə bu sahədə çox işlərin görüldüyünü diqqətə çatdırıb. O, elektron hökumət quruculuğunda xüsusi yeri olan bu resursun son versiyasının İctimai Şurada təqdimatının və irəli sürüləcək təklif və rəylərin də mənzillərin onlayn seçimi prosesinin daha şəffaf və ədalətli formada aparılmasına yardımçı olacağını vurğulayıb.

İctimai Şuranın kordinatoru Osman Gündüz Güzəştli Mənzil sisteminin əlaqədar qurumlarla birgə təkmilləşdirilmiş versiyasının hazırlanmasını müsbət dəyərləndirib. O VXSİ Dövlət Agemtliyinin bu sahədəki fəaliyyətinin və kordinasiya işlərinin elektron hökumət quruculuğunun gələcək inkişafı üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Həmçinin, portalın VXSİ-nin idarəçiliyinə yeni keçməsinə baxmayaraq bu sahədə sürətli texniki texnoloji təkmilləşmələrin aparılmasının da təqdirə layiq olduğunu vurğulayıb. Osman Gündüz MİDA rəhbərliyinin vətəndaş cəmiyyəti ilə əməkdaşlığına diqqət yetiməsini də şəffaflığın və vətəndaş məmnunluğun təmin olunması, mənzillərin onlayn seçiminin ədalətli formada təşkilində mühüm rol oynayacağını vurğulayıb.

Təqdimat prosesində vurğulanıb ki, Güzəştli Mənzil sistemi beynəlxalq qurumalr və yerli ekspertlər tərəfindən də audit olunub. Audit nəticəsində sistemin ilkin vesriyasında bir sıra qüsurların və çaışmazlıqların olduğu da aşkara çıxıb. MİDA tərəfindən düzgün teniki-texnoloji şərtlər verilməsinə baxmayaraq sustemin proqram təmiantını hazırlayan RİSK şirkətinin hazırladığı proqram təminatında ciddi qüsurların olduğu, alqoritmlərdə səhvlər olduğu üzə çıxıb. Və bunların nəticəsində ilkin onlayn satış prosesi uğursuz olub.

Sonra MİDA rəsmiləri Güzəştli Mənzil sisteminin təkmilləşdirlmiş versiyasını təqdim ediblər.
İlk öncə vətəndaşların məlumatlığını artırmaq üçün hazırlanan informasiya resursu da təqdim olunub. Güzəştli Mənzil seçimi ilə əlaqəli bütün məlumatlar, təlimatlar, mənzillərin axarış sistemi, hüquqi-normativ baza, Güzəştli Mənzil kalkulyatoru anlaşıqlı və vətəndaşların daha rahat istifadəsi üçün resursda yerləşdirilib. Vacib informasiyaların daha anlaşıqlı və rahat əldə olunması üçün video və qrafik təsvirlərdən istifadə olunub.

Daha sonra güzəştli mənzil informasiya sisteminin mənzillərin onlayn seçimini həyata keçirən interaktiv hissəsinin təqdimatı olub. Vətəndaşların bu prosesə daha yaxşı hazırlaşması üçün bir ay müddətində aktiv olması nəzərdə tutulan DEMO versiya hazırlanıb. Vətəndaşlar onlayn mənzil seçiminin bütün mərhələlərini qabaqcadan burada sınaqdan keçirə biləcəklər.
Təqdimat prosesində MİDA və VXSİ Dövlət Agentliyinin rəsmiləri təkmilləşdirmə prosesində həyata keçirilən yeniliklərlə bağlı məlumatlar veriblər. Sistemin ilkin versiyasında olan çatışmazlıqların aradan qaldırılması istiqamətində atılan texniki və texnoloji əlavələr haqqında məlumatlar verilib.

Təqdimatdan sonra sistemin dayanıqlı, ədalətli və şəffaf fəaliyyətinin təmin edilmısi ətrafında müzakirələr olub. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvləri tərəfindən çoxsaylı suallar və təkliflər verilib.

Təkliflər əsasən sistemin şəffaflığının və istifadəçilərin məlumatlığının artrılmasını, texnoloji bacarıqları və texnologiyalardan istifadə imkanları müxtəlif olanlar üçün sistemdən bərabər istifadə imkanlarının yaradılmasını, sistemin kənar təsirlərdən qorunmasını və dayanıqlı fəaliyyətini, seçilmiş mənzildən imtina nəticəsində yaranan sərbəstləşmiş mənzillərin yenidən onlayn seçiminin təşkilini, gələcəkdə mənzillərdən istifadə qaydalarını, mənzillərin İT və TV təminatının vəziyyətini, seçilmiş mənzillərin rəsmilləşdirmə prosesinin effektiv qurulmasını, elektron imzalardan isifadə edilməklə gerçəkləşən prosesdə gələcəkdə birbaşa alqı-satqı imkanlarının yaradılmasını , eyni elektron imzadan istifadə etməklə eyni anda müxtəlif avadanlıqlardan eyni zamanda sistemdən istifadə qaydalarının konkretləşməsini nəzərdə tutur.

MİDA rəhbərliyi Şura üzvləri tərəfindən irəli sürülən bütün təklifləri və rəyləri yüksək dəyərləndirib və onların nəzərə alınacağını bildirib. Bu təkliflər əsasında qarşıdakı bir aylıq testdən keçirilmə mərhələsində sistemin daha da təkmilləşdiriləcəyini bildirib.

MİDA rəsmiləri bildirib ki, yenidən təkmilləşdirilmiş “Güzəştli Mənzil ” sistemi vasitəsilə ilk olaraq Yasamal Yaşayış Kompleksində mənzillərin satışı 5 sentyabr 2018-ci il tarixində saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

 Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.