Milli İnternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib

20-12-2012 / 17:15

Dekabrın 19-da Hilton otelində Milli İnternet Mükafatı - Milli Net 2012  qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net  çərçivəsində görülmüş işlər haqqında məlumat verib.

O, 4 ay müddətində davam edən yarışmadan danışıb, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin uğurla başa çatdığını bildirib.  O, müsabiqənin getdikcə təkmilləşdiyini və nüfuzunun genişləndiyini vurğulayıb.

Osman Gündüz müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell, Delta Telekom , SAZZ və İnfiPro şirkətlərinə minnətdarlığını bildirib.

Təqdimat mərasimində RİTN-nin şöbə müdiri İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan İnternetinin inkişafı istiqamətində Milli İnternet Mükafatının rolunu müsbət dəyərləndirib və   bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, ölkədə İnternetin və ümumiyyətlə İKT  sektorunun inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib .

Təqdimat mərasimində Azercell şirkətinin mətbuat qrupunun rəhbəri Anar Cahangirli çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. Yarışmanın ədalətli və obyektiv olmasına diqqəti yönəldib. İnternetin inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu istiqamətdə atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  əhəmiyyət  daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə Milli Net-in əsas mükafatlarından və Diplomlardan əlavə, Azercell və SAZZ şirkətlərinin DATA Kartları və  İnfiPro şirkətinin iPAD –ləri təqdim olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.
Təqdimat mərasimi peşəkar qrup tərəfindən  İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Milli Net-in Baş sponsoru Azercell şirkətidir.
Milli Net-ə  RİTN, DeltaTelecom və SAZZ  şirkətləri dəstək veriblər.

Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan geniş  videolar Milli Net-in rəsmi resurslarında  yerləşdiriləcək.

Təqdimat mərasimindən hazırlanan foto-albom :
www.facebook.com/MilliNet.az



ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.