Milli İnternet Mükafatının Nominantları seçilib

01-12-2012 / 14:17
Milli İnternet Mükafatı - Milli Net 2012 –də səsvermənin 1-ci mərhələsi başa  çatıb.  
Məlum olduğu kimi Müsabiqəyə 13 Nominasiya üzrə 399 sayt təqdim edilmişdi. Onlardan  yalnız 326 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

AİF tərəfindən , Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirməsində iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 13 Nominasiya üzrə ən yaxşılar olan  
82 sayt Nominant statusu alıb.

Səsvermənin 2-ci mərhələsi 03 dekabr tarixdə başlayacaq və  15 dekabr tarixdə başa çatacaq. Müsabiqə Komissiyası 15 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcəklər.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin  19 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Cari ildə ilk dəfə olaraq “Ən yaxşı sosial şəbəkə” və “StartUp 2012” Nominasiyaları da əlavə olunub.
“Ən yaxşı sosial şəbəkə” Nominasiyasının qaliblərinə SAZZ şirkətinin xüsusi mükafatları da təqdim olunacaq.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Geniş məlumat : www.millinet.az

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.