Milli İnternet Mükafatının qalibləri-Foto

21-12-2017 / 12:37

Ötən gün Boulevard Hoteldə Milli İnternet Mükafatı - MilliNet 2017  qaliblərinin yekun təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində artıq 9-cı il keçirilən MilliNet 2017 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.

Təqdimat mərasimində MilliNet Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı və Müsabiqə çərçivəsində görülmüş işlər haqda məlumat verib.

O, MilliNet 2017-da 18 Nominasiya üzrə 392 internet resurs təqdim olunduğunu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığını bildirib.

Osman Gündüz  Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik Münsiflər Heyətindən 19-nun səsvermədə iştirak etdiyini bildirib.

Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.

Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, baş sponsor AzerTelecom, sponsorlar LenovoBestCompNOVANEURONİnnovasiya Mərkəzi, Yello və PreMark şirkətlərinə minnətdarlığını bildirib.

O, 3 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.

Təqdimat mərasiminin açılışında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin, İKT-nin inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb.

O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman dəstəkləndiyini diqqətə çatdırıb.

Tahir Məmmədov son zamanlarda bu sahədə əldə olunan uğurlara diqqət yönəldib və  yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində NRYTN tərəfindən daha ciddi addımların atılacağını da diqqətə çatdırıb.

Təqdimat mərasimində baş sponsor AzerTelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyli çıxış edərək MilliNet müsabiqəsinin ölkədə İnternetin, bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Direktor təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq AzerTelecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara mükafatların, diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib.

Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, MilliNet təşkilatçıları iştirak edib.

Onlar çıxış edərək MilliNet-in Azərbaycan İnternetinin inkişafında ciddi rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqlarını bildirib. 



Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib. Təqdimat mərasimi internetdə canlı yayımlanıb.

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Qaliblərə və fərqlənənlərə Lenovo, BestCom və NEURON şirkətlərinin hədiyyələri təqdim olunub. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.