Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

09-06-2016 / 16:51

Azərbaycan Texnologiya Universitetində “Azərbaycanın milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi: mövcud vəziyyət, yeni yanaşmalar və islahatlar” mövzusunda “dəyirmi masa” keçirilib.

Xeberler.az-ın məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan “dəyirmi masa”da universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən İctimai Birliyin İdarə heyətinin sədri Mehman Xəlilov müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından danışıb. O, respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları Leyla Əliyeva və Sevinc Heydərli informasiya təhlükəsizliyinin hazırki vəziyyəti, baş vermiş kiberhücumların əsas obyektləri, baş verə biləcək kiber təhlükələr, onların informasiya sistemlərinə təsiri, kiber təhlükələrin qarşısının alınması üsulları ilə bağlı iştirakçılara geniş məlumat veriblər.

Tədbirdə Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanmış və yerli istifadəçilər üçün maarifləndirici xarakter daşıyan “Facebook sosial şəbəkəsində təhlükəsizlik qaydaları haqqında” kitabça iştirakçılara təqdim olunub.

Sonda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.