Milli Məclisin rəsmi saytının təhlükəsizliyinə kim cavabdehdir ?

27-12-2015 / 20:44

Bu gün Milli Məclisin saytında problemlər yaranıb.

Xeberler.az-ın məlumatına görə, saytın proqram təminatında yaranan probemlər sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

Yerli KİV-lərdə Milli Məclisin "Armenian Cyber Army" haker qrupu tərəfindən sındırıldığı ilə bağlı məlumat yayılıb.

Xeberler.az dövlət qurumunun saytında belə halların yaranmasının nədən qaynaqlandığı ilə maraqlanıb.

Məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) də əlaqə saxladıq.

CERT-in rəhbəri Tural Məmmədov məsələ ilə bağlı  bildirib ki, saytın texniki dəstəyinə CERT nəzarət etmədiyi üçün texniki problemi tam olaraq araşdırmaq səlahiyyətləri yoxdur.

Onun sözlərinə görə, rəsmi sayt Milli Məclisin öz serverlərində saxlanılır.

Tural Məmmədov qeyd edib ki, söylənilən fikirlər reallığa uyğun məlumatlar deyil. Belə ki, saytda  texniki məsələ ilə bağlı problemlər yaranıb.

O, bildirib ki, erməni haker qrupları tərəfindən də elə bir iddia yoxdur:

“İlkin təəssüratlar sayta haker hücumunun olmağını deməyə əsas vermir”.

 Sevinc Çəltikova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.