Milli Net -2009 Müsabiqəsinin qaliblərinin Təqdimat mərasimi keçiriləcək

12-12-2009 / 18:57

18 dekabr tarixdə saat 18-də Ambassodor Otelində Milli Net -2009 un qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.

Milli Net Təşkilat Komitəsindən xeberler.az-a verilən məlumata əsasən, 01 oktyabr 2009-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda  Müsabiqəyə 18 dekabrda yekun vurulacaq  və 11 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.  Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominallara Müsabiqənin Diplomlarının verilməsin  nəzərdə tutulub.

Məlum olduğu kimi hazırda 11 Nominasiya üzrə 63 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə  15 dekabr tarixdə başa  çatacaq.

Təqdimat mərasimində İnternet ictimaiyyətin nümayəndələri, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Nominantların hamısı Təqdimat mərasiminə dəvətlidir.Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə