Milli Net -2010 qaliblərinin təqdimat mərasimi keçiriləcək

29-11-2010 / 11:10

 2010-cu il oktyabrın 1-də başlanan Milli İnternet Mükafatı uğrunda müsabiqəyə dekabrın 4-də yekun vurulacaq və 14 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.

Hər bir Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə müsabiqənin əsas mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominantlara müsabiqənin diplomlarının verilməsi nəzərdə tutulub.

Hazırda 14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə dekabrın 2-də başa çatacaq.

Təqdimat mərasimində İnternet ictimaiyyətin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə