Milli Net 2011 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2011 / 13:07

Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda  səsvermə prosesinin gedişi  və təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə olunub.

Toplantıda Milli İnternet Mükafatı uğrunda müsabiqəyə 23 dekabrda yekun vurulacağı və qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin keçiriləcəyi bildirilib.

Təqdimat mərasimində 11 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq və hər bir  nominasiya üzrə 1-ci yerlərin qaliblərin müsabiqənin əsas mükafatının verilməsi nəzərdə tutulub. Eyni zamanda 2-ci və 3-cü yerləri qazananlara müsabiqənin diplomlarının verilməsi nəzərdə tutulub.

Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2011 müsabiqəsinə Azercell və DeltaTelekom şirkətləri dəstək verirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə