Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək

17-12-2012 / 14:42

Milli Net Təşkilat Komitəsi bildirir ki, dekarın 19-da saat 18-də Hilton Otelində Milli İnternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçiriləcək.

Azərbaycan İnternetinin inkişafına təkan vermək, ən yaxşı milli İnternet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin 20 Sentyabr tarixində  start verilib.

Bu il  Milli Net-ə 13 Nominasiya üzrə 399 sayt təqdim olunub və onlardan yalnız 326 sayt yarışmaya buraxılıb.

Təqdimat mərasimində qaliblərə Milli Net –in əsas mükafatı təqdim olunacaq, fərqlənənlərə isə diplomlar veriləcək. Həmçinin sponsor şirkətlərin qiymətli hədiyyələri də təqdim olunacaq.

Milli Net qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasiminin İnternet vasitəsilə canlı yayımı nəzərdə tutulub.

Təqdimat mərasimini  www.millinet.az   saytına daxil olmaqla 19 dekabr tarixdə saat 18-dən etibarən canlı olaraq izləmək mümkün olacaq.

Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telecom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə