“Milli Net 2014” qaliblərinin adları açıqlandı

20-12-2014 / 09:38

Dekabrın 19-u Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı - Milli Net 2014  qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimində artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin bu ilin qalibləri elan olunub.

Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz artıq 6-cı il keçirilən Milli Net müsabiqəsi haqqında və görülmüş işlərdən məlumat verib, Milli Net-ə 14 Nominasiya üzrə 322 sayt təqdim olunduğunu və onlardan yalnız 272 saytın yarışmaya buraxıldığını bildirib.

Osman Gündüz AİF-in 3 istiqamət üzrə peşəkarlardan formalaşdırdığı münsiflər heyəti 2-ci səsvermə prosesində 78 nominant sırasından ən yaxşılarının seçildiyini, bu il ilk dəfə olaraq Mobil tətbiqlər və Qarabağla bağlı saytların  nominasiyalara daxil edildiyini deyib.

AİF prezidenti müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell,  Delta Telekom və BestComp şirkətlərinə minnətdarlığını bildirib,  4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini söyləyib.

Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O,  gələcəkdə də internetin inkişafı  istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində internet ictimaiyyətinin, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.

Onlar Milli Net-in  Azərbaycan internetinin inkişafında ciddi  əhəmiyyət  daşıdığını və müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə Milli Net-in əsas mükafatlarından və diplomlardan əlavə, BestComp şirkətlərinin qiymətli hədiyyələri də  təqdim olunub.

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.

Milli Net-in Baş sponsoru Azercell şirkətidir. Milli Net-ə  RYTN ,  DeltaTelecom və BestComp şirkətləri dəstək veriblər.

Təqdimat mərasimindən hazırlanan geniş  foto-materiallar:

https://www.facebook.com/media/set/?set=a.819940544712050.1073741829.299129120126531&type=1

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.