Milli Net 2015-də yekun səsvermə başa çatdı

14-12-2015 / 11:49

Dünən  Milli Net 2015 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa  çatıb.

Yekun səsvermə prosesi 10 gün davam edib.

Müsabiqənin Təşkilat Komitəsindən (TK)  Xeberler.az-a verilən məlumata görə, bu müddət ərzində Milli Net-in 3 istiqamət üzrə formalaşdırılan 15 münsifdən 12-i səsverməni uğurla başa vurub.

Münsiflər 299 sayt içərisindən Nominant statusu qazanan 97 saytı qiymətləndirib.

Mobil tətbiqlər  üzrə nominantlarını isə 3 ekspert qiymətləndirib.    

TK-dən bildirilib ki, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Belə ki, birinci mərhələdə 299 saytın qiymətləndiriıməsində 15 nəfərlik münsiflər heyətindən 14 münsif  iştirak edib.

Milli Net 2015 qaliblərinin adları Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq.

Yekun təqdimat mərasimi  isə dekabrın 17–də , saat 18:00-da Bakı Biznes Mərkəzində keçiriləcək.

Təqdimat mərasimi Milli Net-in rəsmi saytından canlı yayımlanacaq. 

Hazırda  Təşkilat Komitəsi tərəfindən qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Qaliblərə həmçinin BestComp şirkəti və Aromania.az-ın hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.

Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə