Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015 / 11:58

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “İstifadəçi kontenti üzərində qurulmuş saytlar” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Asudə vaxt, idman, əyləncə” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik. Bunlar “Forgenc.net”, “Anime.az”, “Gamebuy.az”, “Sosialtest.com”, “Radionext.az”, “Caps.az”, “Baho.tv” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Baho tv Türkiyənin əyləncəli Facebook səhifəsi olan Baho Bahattinin yeni Baho karikaturasında olan yazıları hazırlamaq üçün yaradılmış saytdır. Burada istədiyiniz mətni yazıb “Təsdiqlə” düyməsinə bir dəfə klikləyərək fotoşəkli cihazınıza yükləyə bilərsiniz.

Sosialtest saytında istifadəçilərə sosial, psixoloji, ixtisas, məntiq, xanımlar və kişilər üçün testlər təqdim olunur. Testləri yoxlamaq üçün ilk öncə qeydiyyatdan keçməlisiniz. Sonra nəticəni social şəbəkələrdə dostlarınızla paylaşa bilərsiniz.

ForGənc.Net - gənclər üçün əyləncə portalıdır. Saytda xəbərlər oxuya, özünüzə dostlar qazana bilərsiniz və həmçinin müxtəlif informasiyalar paylaşa bilərsiniz. ForGənc.Net saytı 2008-ci ildən fəaliyyətdədir.

Caps.az Azərbaycanda ilk dəfə online olaraq caps hazırlayıb və paylaşma imkanı verən bir sosial şəbəkədir. Hər hansı bir şəkil redaktəsinə ehtiyac yaranmadan sayt vasitəsi ilə caps hazırlamaq mümkündür. Sayt istifadəçilərə mövcud caps-ləri digərləri ilə paylaşmaq imkanı yaradır.

Radionext.az 24 saat fasiləsiz yayım təşkil edən Radio NEXT-da günün müxtəlif saatlarında müxtəlif DJ-lərin təqdimatında canlı verlişlər yayımlanır. Vaxtınızı əyləncəli keçirmək istəyirsinizsə saytdan yararlana bilərsiniz.

Gamebuy.az saytı hazırda kompüter oyunlarının satışı və balansının artırılması sistemidir. Saytda ən çox satılan, yeni çıxan və endirimdə olan oyunlarla tanış ola bilərsiniz.

Anime.az —anime, manqa kataloqu və anime barədə müzakirə məkanıdır. Kataloq açıqdır: hər bir istifadəçi istənilən məlumatı əlavə edə və ya redaktə edə bilər. Sayt 2015-ci ildən fəaliyyət göstərir. Saytın əsas dili Azərbaycan dilidir.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə