Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015 / 12:22

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Xidmət-servis” nominasiya üzrə Nominant status alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “İstifadəçi kontenti üzərində qurulmuş saytlar” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik. Bunlar “Professionals.az”, “Mytagram”, “Məsləhət”, “Mulk.az”, “Dizayner klub” saytlarıdır.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

MyTagram - insanların bir-biriləri ilə ünsiyyətdə olmaq və gündəlik fəaliyyətlərini bölüşmək üçün yaradılmış sosial platformadır. Azərbaycanda yaradılmış qlobal sosial şəbəkədir. İstifadəçilərin vaxtlarını daha səmərəli keçirməsi üçün saytda “Musiqi servisi” də yaradılıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Professionals.az - sosial biznes platformasıdır. Saytda hər hansı bir şirkətin xidmət və məhsulları, iş elanları, mütəxəssislər və s. haqqında məlumat verilib. Burada iş yoldaşlarınızı, sinif yoldaşlarınızı, qrup yoldaşlarınızı tapmaq üçün maraqlı bölmə də yerləşdirilib. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Məsləhət saytının şüarı "Hüquqi problemlərinizi vəkillərimiz həll etsin"-dir. Burada həm vəkil üçün, həm də istifadəçilər üçün qeydiyyat forumu var. İstifadəçilər qeydiyyatdan keçərək öz suallarını sayt vasitəsilə vəkillərə ünvanlaya bilərlər. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Mulk.az daşınmaz əmlak portalıdır. Daşınmaz əmlakın kirayəsi, alqı-satqısı, qiymətləri, ünvanları barədə burada məlumat verilib. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Dizayner klub saytının məqsədi yaradıcılığın bir növü olan dizayn sahəsinin inkişafında gənc istedadlara dəstək olmaq, onların bacarığını qiymətləndirməkdir. Saytda dizayn sahəsinə aid məqalələr, məsləhətlər, testlər, sorğular, videolar vardır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə