Milli Net 2018 qaliblərinin təqdimat mərasimi keçirilib

24-12-2018 / 11:47

21 dekabr tarixdə Parkİnn  Hotelində Milli İnternet Mükafatı - Milli Net 2018  qaliblərinin yekun təqdimat mərasimi keçirilib. Tədbir MilliNet-in yubileyinə həsr olunan video-çarxla başlanıb. 

Xeberler.az  bildirir ki, tədbirdə  Milli Net Təşkilat Komitəsi adından Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək 10 il ərzində MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən  Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. 

O, Milli Net 2018-də 19 Nominasiya üzrə 406 internet resurs təqdim olunduğunu və onlardan yalnız 300 resursun  yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik  Münsiflər Heyətindən 21-nin sısvermədə iştirak etdiyini bildirib. 

Münsiflər Heyəti 2-ci səsvermə prosesində 105 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.

Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Nəqıiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə, Baş sponsor AzerTelecom, Sponsorlar LenovoBestCompNOVANEURONİnnovasiya Mərkəzi  və PreMark şirkətlərinə minnətdarlığını bildirib.

O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasiminin açılışında Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi İsfəndiyar Əliyev çıxış edərək Azərbaycan internetinin , İKT-nin  inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların NRYTN tərəfindən hər zaman   dəstəkləndiyini diqqətə çatdırıb. 

Təqdimat mərasimində Baş sponsor Azertelecom şirkətinin satış və partnyorlarla iş üzrə direktoru Ləman Abbasbəyli çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq Azertelecom şirkətinin gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib. 

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların , diplomların və hədiyyələrin təqdim edilməsinə start verilib. MilliNet2018 qalibləri , 2-cü və 3-cü yerləri tutanlarla burada tanış ola bilərsiniz.

Bu il ilk dəfə olaraq MilliNet-in xüsusi mükafatları da təqdim edilib. Təqdimat mərasimində  “İnnovasiyaların və İT-nin inkişafına xüsusi töhfə verənlər” və “Azərbaycanı tanıdan ən yaxşı internet resurs” Xüsusi Nominasiyaları üzrə seçilənlərin də adları açıqlanıb . İnnovasiyaların və İT-nin inkişafına verdiyi xüsusi töhfəyə görə  Mərkəzi Bankın  İT   departamentinin direktoru Fərid Osmanov  təltif olunub

“Azərbaycanı tanıdan ən yaxşı internet resurs”  Nominasiyası üzrə QARABAĞ ( KARABAKH) mobil tətbiqi təltif olunub.

Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. 

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb. Təqdimat mərasimi internetdə canlı yayımlanıb.

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Qaliblərə və fərqlənənlərə Lenovo,  BestCom və NEURON şirkətlərinin hədiyyələri təqdim olunub. Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir. Müsabiqəyə LENOVOBestComp,  NEURONİnnovasiya Mərkəzi , NOVA və PreMark şirkətləri də dəstək verirlər.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.

Təqdimat mərasimindən hazırlanan foto-albom. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.