Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015 / 15:11

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızdaKorporativ saytlar” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Bloqlar” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik. Bunlar “Vaqif.net”, “Fidanilham.com”, “Bextiyarumarli.wordpress.com”, “Azdroid.net”, “Samirkarimov.com”, “JAcrazy”, “Metbexdenxeberler”, “Orkhan Azeboy”, “Niftiyevibrahim.blogspot.com” bloqlarıdır.

İndi isə bu bloqlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

JaCrazy-Yapon dilini Azərbaycan dilində öyrədən təhsil bloqudur. Bu bloqda yapon dilinin aşağı səviyyədən yuxarı səviyyəyə kimi olan dərsləri Azərbaycan dilində paylaşılır və izahlı videoları bloqda yerləşdirilir. 

Bextiyarumarli.wordpress.com - insanların maraq dairəsini əhatə edən, təhsil, psixologiya, idman və digər sahələrdə yazılar yayımlanan bloqdur.

Orkhan Azeboy - Fotoqrofun şəxsi portfelidir. Bloqda güllər, məkan, qadın, heyvan, avtomobil və s. ilə bağlı maraqlı şəkillərə baxa bilərsiniz.

Samirkarimov  - Bloq əsasən marketinq və internet-marketinq barədə mövzuları özündə əks etdirir: tövsiyyələr, analitik yazılar, marketinq araşdırmaları və s. ilə bağlı məlumatları buradan izləyə bilərsiniz.

Niftiyevibrahim.blogspot.com - müəllifin oxuduğu kitablar, izlədiyi filmlər haqqında təhlilləri və esselərindən ibarət şəxsi bloqdur. Bloqu nəzərdən keçirib müəllifə suallar verə, müəllifi olduğu hekayələrlə maraqlana bilərsiniz.

Vaqif.net bloqunda ticarət, internet, sahibkarlıq fəaliyyəti, layihələr, təcrübə haqqında maraqlı məlumatlar verilib. Müəllifin bloqu yaratmaqda əsas məqsədi bu sahələrdə əldə etdiyi təcrübələrlə istifadəçiləri məlumatlandırmaqdır.

Azdroid.net- android platformadır. Bloqun məqsədi android haqqında yeniliklər, maraqlı proqramlar, faktlar və s. paylaşmaqdır. 

Metbexdenxeberler - burada türk və Azərbaycan mətbəxinə aid yemək nümunələrinin reseptləri verilib.

Fidan İlham - şəxsi bloqdur. Fərdi inkişaf, marketinq, bbiznes əlaqələri haqqında maraqlı məlumatları buradan oxuya bilərsiniz. Bloqu açmaqda və davam etməkdə müəllifin məqsədi təcrübə və bilgilərini istifadəçilərlə paylaşmaqdır.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə